RU

Samirənin ifası Vaqif Səmədoğlunun həyat yoldaşını kövrəltdi

Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa edib.

“Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər”, - deyə Samirə Əfəndi bildirib.

Əfəndinin təsirli ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.


Müəllif: Teleqraf.com
Избранный
163
7
teleqraf.com

10Источники