RU

Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycanın yeniyetmə cüdoçusu Əli Qazıməmmədov (81 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.   Manset.az Report-a istinadən xəbər verir ki, milli üzvü təsəlliverici qarşılaşmada Polşa təmsilçisi Derek Martszakla üz-üzə gəlib. Rəqibinə qalib gələn Qazıməmmədov bürünc medal uğrunda görüşə qatılacaq. Daha əvvəl Sübhan Axundov (+90 kq) finala yüksəlib. O, bu raundda estoniyalı Marek-Adrian Masakın müqavimətini qırmağa çalışacaq. Bu gün tatamiyə çıxan digər üç cüdoçu əvvəlki raundlarda uduzublar.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

Избранный
111
2
manset.az

10Источники