RU

"Beşiktaş"ın yeni hədəfi

"Beşiktaş" klubu heyətinə gücləndirməyə davam edir.

90deqiqe.Az  xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”nın hücumçusu Artur Kabralın xidmətində maraqlıdır.

Portuqaliya klubu da 26 yaşlı forvardla müqaviləni qarşılıqlı olaraq ayırmaq niyyətindədir. "Beşiktaş" isə bu fürsətdən yararlanmağı planlaşdırır.

"Beşiktaş" yaxın günlərdə "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silvanı heyətinə qatmışdı.

Избранный
69
90deqiqe.az

1Источники