\"AVRO-2024\"ün F qrupunda Gürcüstan və Çexiyanı məğlub edərək 6 xal toplayan Türkiyə millisinin növbəti rəqibi Avstriya olacaq.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, turnir çərçivəsində qrup matçları baxımından tribunalara ən çox azarkeş cəlb edən ölkə Türkiyə olub.
\"Ay-ulduzlu\"ları 3 qarşılaşmada ümumilikdə, 130 min azarkeş izləyib və dəstək nümayiş etdirib.
Qeyd edək ki, azarkeş sayının çoxluöuna görə siyahıda Almaniya 125 min azarkeşlə ikinci, Xorvatiya isə 103 minlə üçüncü olub.
Məryəm