RU

Avropa çempionatı: Azərbaycanın daha beş idmançısı mübarizəyə başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycanın daha beş cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, fərdi yarışın sonuncu günündə qızlardan Mələk Bayramlı (70 kq), oğlanlardan Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaqlar.
70 kq.
Mələk Bayramlı - Keti Robakidze (Gürcüstan)
90 kq
Hüseyn Eyvazlı - Lorens Hornqaçer (Avstriya)
+90 kq
Sübhan Axundov - Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibi
Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı bürünc medal qazanıblar.
Избранный
150
30
oxu.az

10Источники