AZ

“Neftçi”nin yoxlama oyunu ləğv edildi

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin dördüncü yoxlama oyunu ləğv olunub.

Klubdan "Unikal"a verilən məlumata görə, buna səbəb rəqib komanda “Əl-Oruba”nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir.

Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.

Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış “Neftçi” toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
21
unikal.az

10Mənbələr