RU

Astarada 16 yaşlı qızın meyiti tapıldı

Astarada yeniyetmə qız asılı vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Astara rayonunun Şüvi kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 16 yaşlı B.Q.-nin meyiti yaşadığı evin yarımtikilisində asılı vəziyyətdə tapılıb.

Yaxınlarının sözlərinə görə o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə hər kəslə sağollaşaraq yatmağa gedib. 

Qızın intihar etdiyi bildirilir.

Qeyd edək ki, B.Q. ailənin tək qız övladı olub, onun iki qardaşı var.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
20
2
qafqazinfo.az

3Источники