RU

Alleqri, Sarri və Klopp: Millinin baş məşqçisi hansı olacaq?

Serbiya millisinin baş məşqçisi postuna əsas namizədlərin adları açıqlanıb.
 
“Milan” və “Yuventus” klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri serblərin əsas hədəfidir. Bu barədə “The Telegraph” məlumat yayıb.
 
Mənbənin sözlərinə görə, Serbiya millisinin qısa siyahısında Alleqrinin həmyerliləri Stefano Pioli, Mauritsio Sarri və almaniyalı Yurgen Klopp da yer alıb.
 
Qeyd edək ki, Avro-2024-də Draqan Stoykoviçin rəhbərlik etdiyi Serbiya millisi C qrupunda sonuncu yeri tutaraq, turniri tərk edib.
Избранный
53
1
moderator.az

5Источники