AZ

Massimiliano Alleqri Serbiya millisinin baş məşqçisi postuna namizəddir

İtaliyanın \"Milan\" və \"Yuventus\" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinin \"sükanı arxasına\" keçməyə namizəddir.

Bu barədə \"Teleqraf\" məlumat yayıb.

Serbiya millisinin baş məşqçi postuna namizədlər siyahısında italiyalı mütəxəssislər Stefano Pyoli və Mauritsio Sarri, həmçinin almaniyalı Yurgen Klopp da var.

Qeyd edək ki, Draqan Stoykoviçin rəhbərlik etdiyi Serbiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu yeri tutaraq mübarizəni dayandırıb.
 
///report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
azxeber.com

5Mənbələr