RU

Regionİranda prezident seçkilərində Pezeşkiyan liderdir - YENİLƏNİB

İslahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.

“Far.Az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb. İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeshkiyanın liderliyini təsdiqləyib.

Agentliyin məlumatına görə, Pezeşkiyan 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. “Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.

04:23

İslahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderdirlər.

“Far.Az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Pezeşkiyan 42,6 %, Cəlili 38,8 % səs toplayıb. Mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın topladığı səslər barədə məlumat verilmir. “Tasnim”in məlumatına görə, seçkidə seçicilərin təxminən 40 %-i iştirak edib.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkiyan.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
25
far.az

10Источники