AZ

Məsud Pezeşkian 42.6% səslə liderdir

İranda növbədənkənar prezident seçkiləri davam edir. İndiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian yenə də liderdir.

Olaylar bildirir ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
olaylar.az

10Mənbələr