RU

Kamran Əsədov deputat olmaq istəyir

Tanınmış təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də keçiriləcək növbədən kənar parlament seçkilərinə qatılacaq.

Bakupost.az "Yenisabah.az"a istinadla xəbər verir ki, bu barədə təhsil eksperti özü məlumat verib.

Ekspert qeyd edib ki, 2020-ci ildə olduğu kimi bu dəfə də namizədliyini Neftçala rayonunda irəli sürəcək.

"1 sentyabr mənim doğum günümdür. İnanıram ki, doğma Neftçala mənə doğum günü hədiyyəsi verəcək. 4 il əvvəl qaldığımız yerdən davam edəcəyəm. Daha təcrübəliyik. Daha peşəkar komanda ilə növbədənkənar parlament seçkilərində iştirak edəcəm.

Dövlətə və dövlətçiliyə xidmət etmək yoluna davam!",- deye K.Əsədov bildirib.
Избранный
70
1
bakupost.az

2Источники