RU

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və hazırda iştirakını təsdiqləyib”, - deyə A.Badalyan bildirib.

Qeyd edək ki, NATO-nun yubiley sammiti 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Mənbə: AZƏRTAC

Избранный
113
8
ilk.az

10Источники