Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb. APA xəbər verir ki, aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib. Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта