RU

Bakıda restorandakı yanğın SÖNDÜRÜLDÜ 

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in saytında məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb. 
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Избранный
110
8
bizim.media

10Источники