Polşanın qərbindəki Zaqan şəhərində hərbi poliqonda təlim zamanı yanğın baş verib.
Polsat telekanalı bu barədə komandanlığın mətbuat katibi, baş gizir Voyçex Mariuş Poterala istinadən məlumat yayıb.
“Yanğın 7 hektar ərazini əhatə edib. Yanğının söndürülməsində 10 yanğınsöndürmə briqadası və dörd yanğınsöndürən təyyarə iştirak edib. Vəziyyət tez bir zamanda nəzarətə götürülüb”, - media qeyd edir.
Yanğının ehtimal olunan səbəbi poliqonda keçirilən hərbi təlimdir.