Astana, 28 iyul, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammitində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, A.Quterreş ŞƏT, BRİCS, Afrika Birliyi və ya İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq birliklərin BMT-nin əsas tərəfdaşları olmalı olduqlarını söyləyib.
“Bəzi hallarda BMT-nin həll edə bilmədiyi problemləri regional təşkilatlar həll edə bilərlər. Bu baxımdan istər Afrika Birliyi, istər Avropa İttifaqı bizim üçün vacib tərəfdaşlardır”, - deyə BMT Baş katibi əlavə edib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Hazırda təşkilatın 9 üzvü var.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana