Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir. Artıq “Aİ-92” markalı benzinin və dizelin qiymətinin nə qədər artacağı məlum olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artım 10-15 qəpik aralığında olacaq.
Yaxın günlərdə artımın baş verəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelin qiyməti isə 80 qəpikdir.