İşçilərin əmək hüquqlarını pozan "Salmanoğlu İnşaat-79” Məhdud Məsuliyyətli Cəmiyyəti 20 min manat cərimələnib.
Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
www.anews.az