Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xarici təzyiqlərə baxmayaraq, Minsk və Moskva inkişaf yolunda irəliləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
“Bu gün xarici təzyiqlərə baxmayaraq, Belarus və Rusiya irəliyə doğru möhkəm addımlar atırlar",- Lukaşenko bildirib.
Onun sözlərinə görə, ölkələr ittifaq inteqrasiyasını təkmilləşdirir və insani əlaqələri gücləndirir.