Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində kafedə yanğın baş verməsi barədə məlunat daxil olub. FHN-dən Manset.az-averilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.