"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib:
"Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Son vaxtlar şərti dövlət sərhəddində erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması da bunun göstəricisi ola bilər".
Alim Hüseynli
Olaylar.az