RU

Bu gün Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür - VİDEO

Bu gün 28 iyun Dövlətinə, Millətinə və Ali Baş Komandanına şərəflə xidmət edən hərbi və siyasi xadim, Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, üç övladı var.

Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir.

Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

“Azərbaycan Bayrağı” ordeni (2002)“İgidliyə görə” medalı (2008)2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2014)1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2018)“Zəfər” ordeni (2020)

 

Xəyal

Избранный
96
2
ednews.net

4Источники