Bakı, 28 iyun, AZƏRTAC
İsveçrənin Arosa şəhərində keçiriləcək 52-ci Nissen kubokunda iştirak edəcək Azərbaycan gimnastları məlum olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova təmsil edəcəklər.
Qeyd edək ki, Nissen kuboku iyunun 27-29-da təşkil olunacaq.