AZ

ƏMİ, BİBİ, DAYI VƏ XALA QIZINI ALMAĞA RƏSMİ QADAĞA QOYULDU

Nəhayət, Azərbaycanda qohum evliliyinə qoyulan qadağa təsdiqləndi...

Tezadlar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə isə bunlar əlavə edilib:1) Qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

2)bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Bundan başqa, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Qeyd edək ki, sözügedən qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
tezadlar.az

10Mənbələr