RU

Azərbaycanda olan diplomatik personal xidməti parklanma hüququndan istifadə edə biləcək

Bakı. Trend:

Azərbaycanda olan diplomatik personal xidməti parklanmahüququndan istifadə edə biləcək.

Trend-in məlumatına görə, bu barədə “Yol hərəkəti haqqında”qanuna dəyişiklik təklif olunur.

Qanun layihəsinə təklif olunan dəyişiklik barədə deputat KamalCəfərov məlumat verib.

“Bildiyiniz kimi, həm 2-ci oxunuş zamanı, həm də zamanındasizlərdən işçi qaydada da təkliflər daxil olmuşdu. Bu barədəqanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdənsonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb.

Birinci təklif xidməti parklanma yerində ödəniş saxlaycaqsubyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.Təklif edilir ki, Diplomatik nümayəndəlik və konsulluqların,diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalqtəşkilatların, habelə onların diplomatik personalı xidmətiparklanma hüququndan istifadə edə bilsin.

İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərləbağlıdır. Burada da sükanı tutmadan hərəkət etmək maddəsininəvvəlinə sükanı olduğu halda sözlərinin əlavə edilməsi təklifedilir”, - deyə o qeyd edib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
9
az.trend.az

10Источники