AZ

Azərbaycanda olan diplomatik personal xidməti parklanma hüququndan istifadə edə biləcək

Azərbaycanda olan diplomatik personal xidməti parklanma hüququndan istifadə edə biləcək.

Bu barədə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.

Qanun layihəsinə təklif olunan dəyişiklik barədə deputat Kamal Cəfərov məlumat verib.

“Bildiyiniz kimi, həm 2-ci oxunuş zamanı, həm də zamanında sizlərdən işçi qaydada da təkliflər daxil olmuşdu. Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb.

Birinci təklif xidməti parklanma yerində ödəniş saxlaycaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin.

İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da sükanı tutmadan hərəkət etmək maddəsinin əvvəlinə sükanı olduğu halda sözlərinin əlavə edilməsi təklif edilir”, – deyə o qeyd edib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
yenigundem.az

10Mənbələr