RU

Bayden Tramp debatı təhqirlərlə yadda qaldı: “Südəmər, məğlub…”

Co Bayden və Donald Tramp seçki debatının 20 dəqiqəsində şəxsi təhqirlərə yol veriblər.

Medianews.az CNN-ə istinadla xəbər verir ki, bu barədə material “YouTube” kanalında yayımlanıb.

Ağ Evin hazırkı sahibi keçmiş prezidenti südəmər və məğlub adlandırıb. Cavabında Tramp qeyd edib ki, belə sözlərə görə üzr istəməlidir, lakin Bayden bunu etməyib.

Bayden və Tramp debat başlamazdan əvvəl əl də sıxmayıblar. Bundan başqa, hər iki siyasətçi aparıcıların suallarını cavablandırarkən bir-birinin adını çəkməyiblər.

Xatırladaq ki, iyunun 28-də Bakı vaxtı ilə saat 05:00-da Demokrat C.Bayden və Respublikaçı D.Tramp arasında ilk prezident debatı baş tutub. Debat Corciya ştatının Atlanta şəhərində keçirilib. Tədbirin təşkilatçısı CNN telekanalı olub. Onu da əlavə edək ki, ABŞ-da prezidentliyə namizədlərin debatları ilk dəfə tamaşaçısız keçirilib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
50
medianews.az

10Источники