Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1” Liqa yarışında bürünc medal qazanıb.
Azərbaycan Karate Federasiyasından (AKF) AZƏRTAC-a verilən məlumata görə, o, 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Qeyd edək ki, yarışda yığmaya AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.