RU

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, aidiyyəti qurumların nümayəndələri və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, logistika imkanları təqdim ediləcək. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlərin keçirilməsi nəzərdə tutulub.

Избранный
111
1
vergiler.az

10Источники