RU

İngilis Dili Müəllimlərinin Konfransı keçirilib (FOTO)

Bakı. Trend:

28 iyun 2024-cü il tarixində ABŞ səfirliyinin, AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun,ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetininnümayəndələri 400-dən çox azərbaycanlı orta məktəb ingilis dilimüəllimləri üçün iki günlük seminar və konfransın açılışınıediblər.

Trend xəbər verir ki, açılış nitqi ilə ABŞ səfirliyinin Missiyarəhbərinin müavini Huqo Qevara çıxış edib.

Konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarəolunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilənazərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlaynmagistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikatproqramının kulminasiya nöqtəsidir. Bu, proqramın dördüncü ilidir.Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Gəncə,Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki,Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı və Beyləqandan ingilisdili müəllimləri iştirak edir. Bu, iştirakçılar üçün pedaqojiqabaqcıl təcrübələri öyrənmək və həmkar pedaqoqların peşəkarşəbəkəsini qurmaq üçün üsullarını inkişaf etdirmək imkanıdır.

2020-ci ildə fəaliyyətə başladığı gündən magistr dərəcəsisəviyyəsində olan bu çətin virtual təlim proqramını 350azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər ilböyüməyə və inkişaf etməyə davam edir, təsirini və əhatə dairəsiniartırır.

ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina DövlətUniversiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi vəTəhsil İnstitutunun tərəfdaşlığı ilə bu uğurlu layihəni gələn il dədavam etdirmək niyyətindədir. Bu tərəfdaşlıq Azərbaycanda ingilisdilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələnib vəölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb, xalqlararasıəlaqələrimizi gücləndirib və eyni zamanda Azərbaycanda təhsilvasitəsilə ingilis dilinin səviyyəsini artırmaq məqsədinidəstəkləyib. Bu və digər ABŞ səfirliyinin ingilis dilliproqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadiləproqramlarında və digər əhəmiyyətli istiqamətlərdəfərqləniblər.

İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
İngilis
Избранный
70
2
az.trend.az

6Источники