AZ

İngilis Dili Müəllimlərinin Konfransı keçirilib

28 iyun 2024-cü il tarixində ABŞ səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri 400-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün iki günlük seminar və konfransın açılışını ediblər.

“İki sahil” xəbər verir ki, açılış nitqi ilə ABŞ səfirliyinin Missiya rəhbərinin müavini Huqo Qevara çıxış edib.

Konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramının kulminasiya nöqtəsidir. Bu, proqramın dördüncü ilidir. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki, Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı və Beyləqandan ingilis dili müəllimləri iştirak edir. Bu, iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmkar pedaqoqların peşəkar şəbəkəsini qurmaq üçün üsullarını inkişaf etdirmək imkanıdır.

2020-ci ildə fəaliyyətə başladığı gündən magistr dərəcəsi səviyyəsində olan bu çətin virtual təlim proqramını 350 azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər il böyüməyə və inkişaf etməyə davam edir, təsirini və əhatə dairəsini artırır.

ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə bu uğurlu layihəni gələn il də davam etdirmək niyyətindədir. Bu tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələnib və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb, xalqlararası əlaqələrimizi gücləndirib və eyni zamanda Azərbaycanda təhsil vasitəsilə ingilis dilinin səviyyəsini artırmaq məqsədini dəstəkləyib. Bu və digər ABŞ səfirliyinin ingilis dilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında və digər əhəmiyyətli istiqamətlərdə fərqləniblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
ikisahil.az

6Mənbələr