RU

AİB-in illik toplantısı və biznes forumunun yekun günü başlayıb (FOTO)

Almatı. Trend:

Almatıda Avrasiya İnkişaf Bankının (AİB) illik toplantısı vəbiznes forumunun yekun günü başlayıb.

Trend-inmüxbiri xəbər verir ki, bu gün üç panel sessiyası və tədqiqatıntəqdimatı keçiriləcək.

Belə ki, "Mərkəzi Asiyada içməli su təchizatı və kanalizasiya"təqdimatı təqdim olunacaq.

Sessiyaların mövzuları öz növbəsində "AİB-in investisiyaalətləri: nəticələr və perspektivlər", "Avrasiya üçün rəqəmsaltexnologiyalar və innovasiyalar" və "Avrasiya İqtisadi İttifaqı:investisiya layihələrinin icrasının nəticələri və perspektivləri"olacaq.

Qeyd edək ki, tədbirin ilk günündə "Mərkəzi Asiyada İslamMaliyyəsi", "Su, enerji və ərzaq: dayanıqlı inkişaf üçüntərəfdaşlıq və layihələr" və "Avrasiya nəqliyyat karkası:potensial, problemlər, həllər" mövzularında sessiyalarkeçirilib.

Sessiyalar zamanı iştirakçılar Mərkəzi Asiyada İslammaliyyəsinin inkişafı, İslam maliyyəsi və bütün dünyada bankçılıqişində tendensiyalar, "su, enerji və ərzaq" qarşılıqlı əlaqələrinininkişafının əlaqələndirilməsi, Mərkəzi Asiyanın su-enerjikompleksinin inkişafına yardım üçün çoxtərəfli inkişaf bankları vəbeynəlxalq təşkilatlar arasında əməkdaşlıq, Mərkəzi Asiyanınsu-energetika kompleksi, bu istiqamətdə perspektivli layihələr,eləcə də nəqliyyat layihələri, dəhlizlərin yük bazasının prioritetinkişafı istiqamətlərini və digər məsələləri müzakirə ediblər.

Həmçinin, tədbirin ilk günündə iştirakçılar arasında bir sıramüqavilələr imzalanıb. Belə ki, AİB və İslam İnkişaf Bankıİnstitutu Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafına dairanlaşma memorandumu imzalayıb. Bununla yanaşı, AİB "Dar Al Sharia"konsaltinq şirkəti ilə İslam maliyyələşdirməsi sahəsində əməkdaşlıqsazişi imzalayıb.

Bundan başqa, tədbir çərçivəsində "Mərkəzi Asiyada yüksəkekoloji və sosial standartların təşviqi: AİB təcrübəsi vəöyrənilmiş dərslər" və "Avrasiya nəqliyyat karkası" tədqiqatlarıtəqdim olunub.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

AİB-in
AİB-in
AİB-in
AİB-in
AİB-in
AİB-in
AİB-in
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
2
az.trend.az

3Источники