AZ

AİB-in illik toplantısı və biznes forumunun yekun günü başlayıb - FOTO

Almatıda Avrasiya İnkişaf Bankının (AİB) illik toplantısı və biznes forumunun yekun günü başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün üç panel sessiyası və tədqiqatın təqdimatı keçiriləcək.

Belə ki, "Mərkəzi Asiyada içməli su təchizatı və kanalizasiya" təqdimatı təqdim olunacaq.

Sessiyaların mövzuları öz növbəsində "AİB-in investisiya alətləri: nəticələr və perspektivlər", "Avrasiya üçün rəqəmsal texnologiyalar və innovasiyalar" və "Avrasiya İqtisadi İttifaqı: investisiya layihələrinin icrasının nəticələri və perspektivləri" olacaq.

Qeyd edək ki, tədbirin ilk günündə "Mərkəzi Asiyada İslam Maliyyəsi", "Su, enerji və ərzaq: dayanıqlı inkişaf üçün tərəfdaşlıq və layihələr" və "Avrasiya nəqliyyat karkası: potensial, problemlər, həllər" mövzularında sessiyalar keçirilib.

Sessiyalar zamanı iştirakçılar Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafı, İslam maliyyəsi və bütün dünyada bankçılıq işində tendensiyalar, "su, enerji və ərzaq" qarşılıqlı əlaqələrinin inkişafının əlaqələndirilməsi, Mərkəzi Asiyanın su-enerji kompleksinin inkişafına yardım üçün çoxtərəfli inkişaf bankları və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq, Mərkəzi Asiyanın su-energetika kompleksi, bu istiqamətdə perspektivli layihələr, eləcə də nəqliyyat layihələri, dəhlizlərin yük bazasının prioritet inkişafı istiqamətlərini və digər məsələləri müzakirə ediblər.

Həmçinin, tədbirin ilk günündə iştirakçılar arasında bir sıra müqavilələr imzalanıb. Belə ki, AİB və İslam İnkişaf Bankı İnstitutu Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafına dair anlaşma memorandumu imzalayıb. Bununla yanaşı, AİB "Dar Al Sharia" konsaltinq şirkəti ilə İslam maliyyələşdirməsi sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Bundan başqa, tədbir çərçivəsində "Mərkəzi Asiyada yüksək ekoloji və sosial standartların təşviqi: AİB təcrübəsi və öyrənilmiş dərslər" və "Avrasiya nəqliyyat karkası" tədqiqatları təqdim olunub.

  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
  • AİB-in
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
day.az

3Mənbələr