RU

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.Talış Dağlıqzonasında 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü,professor Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəifyeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxınzamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Biz hesablayırıq ki,nə qədər əsas güc ayrılır. Hesablamaya görə, qalan güc çox azdır.Xırda afterşoklar hesabına boşalmalar gedəcək. Qorxulu nəsəolmayacaq. 6 zəif afteşok olub, yenə davam edəcək. Bunlarınhesabına boşalma gedəcək. Əhalinin narahatlığına əsas yoxdur", -deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, yeraltı təkanların yerli vaxtla saat 07:43-dəqeydə alınıb.

Qurumdan qeyd edilib ki, zəlzələlərin tətqiqatı bürosununməlumatına əsasən, Lerik stansiyasından 27 km şərqdə Lerikrayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın,ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı,Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hissolunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
4
az.trend.az

5Источники