AZ

Ölkədə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı varmı?

Ölkədə

Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.Talış Dağlıq zonasında 5 maqnitudalı zəlzələ qeydə alınıb.Hadisə ilə bağlı açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir."Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Biz hesablayırıq ki, nə qədər əsas güc ayrılır. Hesablamaya görə, qalan güc çox azdır. Xırda afterşoklar hesabına boşalmalar gedəcək. Qorxulu nəsə olmayacaq. 6 zəif afteşok olub, yenə davam edəcək. Bunların hesabına boşalma gedəcək. Əhalinin narahatlığına əsas yoxdur", - deyə Q.Yetirmişli əlavə edib.Qeyd edək ki, yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alınıb.Qurumdan qeyd edilib ki, zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

Diqqət Çəkənlər

Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırdı

Azərbaycan ərazisində güclü zəlzələ oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
ulusum.az

5Mənbələr