Verilən məlumata görə, İsrail ordusu Rəfah şəhərinin əl-Məvasi bölgəsində qismən irəliləyib və məcburi köçkün fələstinlilərin yaşadığı çadırlara raket zərbələri endirib.
İsrailin çadırlara hücumu nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki xəstəxanaya çatdırılıb.
İsrailin hücumları səbəbindən yüzlərlə insanın bölgəni tərk etməli olduğu bildirilib.