RU

Lənkəranda zəlzələ olub - YENİLƏNİB

28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınmışdır.

Bununla bağlı APA-ya AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

***

07:47

Lənkəranda zəlzələ olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib.

Zəlzələnin gücü təqribən 4,6 bal arasında hiss olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
17
apa.az

10Источники