AZ

Talış Dağlıq zonasında güclü zəlzələ olub -YENİLƏNİB

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.

***

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

AzVision.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
35
azvision.az

10Mənbələr