“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Benfika” oynayan Rafa Silva ilə 3 illik sözləşmə bağlayıb. 31 yaşlı futbolçu ilinə 6 milyon avro qazanacaq.
Portuqaliya millisinin sabiq üzvü 2016-cı ildən “Benfika”da çıxış edirdi.