Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçusu Bahadur Feyzullayev (50 kq) qızıl medala yiyələnib.
O, finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinə qalib gəlib. Eyni çəkidəki Məhəmmədəli Hüsiyev isə bürünc mükafat əldə edib.
Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar. Yarış iyunun 30-da başa çatacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта