RU

DünyaPakistan od tutub yanır - Son 6 gündə 568 nəfər istidən ölüb

SİZİN REKLAM BURADA!055 213 76 73

Pakistanın Kəraçi şəhərində təsirini davam etdirən istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, havanın temperaturunun 49 dərəcəyə yüksəlməsi və yüksək rütubətin təsiri nəticəsində ölənlərin sayı artır.

Təcili yardım xidmətinin verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
3
far.az

5Источники