AZ

Pakistan od tutub yanır - 568 nəfər istidən öldü

Pakistanın Kəraçi şəhərində təsirini davam etdirən istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.

Olaylar.az baku.ws-ə istinadən bildirir ki, havanın temperaturunun 49 dərəcəyə yüksəlməsi və yüksək rütubətin təsiri nəticəsində ölənlərin sayı artır.

Təcili yardım xidmətinin verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
olaylar.az

5Mənbələr