RU

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

Bakı, 27 iyun, AZƏRTAC

Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq bizim hamımızın qarşısında duran əsas vəzifələrindəndir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” adlı panel sessiyasında çıxışında deyib.

Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycanın paytaxtına səfərini xatırladan Alper Gezeravcı bu gün yenidən burada olmaqdan məmnuniyyətini bildirib. Qeyd edib ki, həmin görüşdə olduğu kimi, bu səfərdə də əsas missiyası ölkəmizdə gənclərə kosmik sahə barədə ətraflı məlumat vermək və kosmosu onlara sevdirməkdir.

Qeyd edək ki, AZƏRTAC “Baku ID" festivalının media tərəfdaşıdır.

 

Избранный
115
azertag.az

1Источники