"Ermənistan Rusiya hakimiyyətinin narazılıqlarına baxmayaraq, siyasətini dəyişməyəcək".
Hərki ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib.
"Ermənistan hər hansı bir şəkildə Rusiyadan deyilən sözlərlə tutduğu yoldan çəkinməyəcək. Ermənistana hər hansı bir ciddi əməli tədbirlərin həyata keçirilməsi vacibliyinin olduğunu deyə bilərik. Hal-hazırdakı mövcud məqam Rusiya - Ukrayna müharibəsi fonunda Rusiyanın buna gedəcəyi o qədər də real görsənmir. Yaxın zaman üçün bunun baş verəcəyini real görmürəm. Ola bilsin ki, gələcək zamanda Rusiya bununla bağlı məhz Ermənistana qarşı konkret tədbirlər həyata keçirsin.- deyə vurğulayıb."
Vəfa Vəliyeva, News365.az