RU

General təqaüdə göndərildi - Onu Vətən Müharibəsi Qəhrəmanı əvəz edəcək

Bakı. Trend:

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayorFüzuli Salahov vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, general Salahov son yaş həddi ilə bağlıtəqaüdə göndərilib.

Onun vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnikNizami Mövlanova həvalə edilib.

Qeyd edək ki, N.Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun Nsaylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətəbaşlayıb. O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlıqüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqlivəzifələrdə xidmət edən zabit N. Mövlanov, 2015-ci ildən 2018-ciilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərкəzində(TTM) baş müəllim işləyib. 2019-cu ildən isə ön cəbhədə müdafiəməqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərargah rəisiolaraq xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusixidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanıdüşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığınıyerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə,həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin vəmərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova"Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan SilahlıQüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10,90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubileymedalları ilə də təltif edilib.

Nizami Mövlanov bu təyinatadək Heydər Əliyev adına Hərbiİnstitutun rəis müavini vəzifəsində xidmət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
14
az.trend.az

10Источники