AZ

General təqaüdə göndərildi - Onu Vətən Müharibəsi Qəhrəmanı əvəz edəcək

Image

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. General Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Onun vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Nizami Mövlanov bu təyinatadək Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
baki-xeber.com

10Mənbələr