ABŞ prezidentliyinə potensial namizədlər - keçmiş dövlət başçısı Donald Trampla indiki Prezident Co Bayden arasında teledebat təşkil ediləcək. Prezidentliyə potensial namizədlər CNN-in studiyasında görüşəcəklər. Qeyd olunur ki, teledebat bir saat yarım çəkəcək. Bu müddət ərzində prezidentliyə namizədlərin köməkçiləri ilə məsləhətləşmələri qadağan ediləcək. Xatırladaq ki, siyasətçilər sonuncu dəfə 22 oktyabr 2020-ci ildə teledebatda görüşüblər. Fidan Əliyeva