İyunun 24-26-da Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, danışıqlarda Azərbaycan (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclas zamanı tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.
YSİQ-nin növbəti iclası Qazaxıstanda, diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.