AZ

Tehranda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası olub

İyunun 24-26-da Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki,  danışıqlarda Azərbaycan (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclas zamanı tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.

YSİQ-nin növbəti iclası Qazaxıstanda, diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
26
turan.az

10Mənbələr